Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2024 , 21:38

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bilgəh qəsəbəsində iməcilik təşkil edilib

““Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Sabunçu rayopnu Bilgəh bələdiyyəsi sahilzolağı ərazidə iməcilik təşkil edilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fazil Rüstəmov bildirib. 

Sədr bildirib ki, Xəzər dənizinin qəsəbə ərazisindən keçən  çimərlik hissəsində sahil boyu əraziləri məişət tullantılarından, alaq otlarından təmizlənmişdir. 

Bilgəh bələdiyyəsinin iştirakıyla keçirilən iməcilik aksiyası ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, qəsəbənin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamına bir töhfə olmuşdur.

“Hyatt Regensy Baku” təşkilatçılğı keçirilən iməcilikdə  şirkətin əməkdaşları yaxından iştirak ediblər.  

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına  əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər